Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa hədiyyə göndərmişdi.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən portretin görüntüsü yayılıb.
Əsərinin müəllifinin rəssam Nikas Safronovun olduğu portretdə Trampa sui-qəsd zamanı çəkilən foto yer alıb. Şəklin fonunda isə Amerika bayrağının və Azadlıq Heykəli təsvir olunub.
Hədiyyəni isə Trampa onun xüsusi nümayəndəsi Stiv Uitkoff çatdırmışdı.
Hüseyn
Milli.Az