7 baldan güclü zəlzələ gözlənilir - Professor xəbərdarlıq etdi

23 Aprel 2025 16:00

Prof. Dr. Naci Görür 23 aprel 2025-ci ildə İstanbulda baş verən güclü zəlzələdən sonra verdiyi açıqlamalarda məsələnin ciddiliyinə diqqət çəkib.​

O bildirib ki, zəlzələ Marmara dənizində yerləşən Kumburgaz fay zonasında baş verib. Bu fayın "kilidli" olduğunu və enerji yığdığını qeyd edən alim, bu cür zəlzələlərin fayın gərginliyini artırdığını və daha böyük bir zəlzələnin xəbərçisi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə bu bölgədə gözlənilən əsas zəlzələ 7 baldan böyük ola bilər.

O bildirib ki, bugün baş verən 6.2 bal gücündəki zəlzələ Marmara dənizində gözlənilən böyük zəlzələ deyil. Əksinə, bu zəlzələ Kumburgaz fayında yığılan enerjinin hələ də boşalmadığını və həmin fayın daha da yükləndiyini göstərir. Bu isə o deməkdir ki, böyük zəlzələ ehtimalı azalmayıb, əksinə, bir qədər də artıb.

O, "Böyük zəlzələ gəlir" deyərək, Türkiyənin bu məsələni daim gündəmdə saxlamalı olduğunu və vaxt itirmədən tədbirlər görülməsinin vacibliyini qeyd edib. 

Naci Görür hökumət, yerli idarəetmələr və vətəndaşların birlikdə hərəkət etməli olduğunu vurğulayıb. O, sadəcə bina inşa etməyin kifayət etmədiyini, əksinə, şəhərlərin zəlzələyə davamlı hala gətirilməsinin vacibliyini bildirib.

İslam
Milli.Az