Zəlzələ ilə bağlı ekspertdən XƏBƏRDARLIQ: “Risk var”

23 Aprel 2025 14:55

İstanbulda bu gün günorta saatlarında 6,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Mərmərə bölgəsində geniş ərazidə hiss olunan yeraltı təkanlar əhalidə təşviş yaradıb, insanlar küçələrə axışıb.

Zəlzələdən sonra NTV yayımına qoşulan tanınmış seysmoloq Prof. Dr. Okan Tüysüz hadisəni belə şərh edib:

"Bu, Silivri sahillərində baş verən 3,9 bal gücündəki zəlzələnin davamı ola bilər. Hələlik aydın danışmaq üçün vaxt lazımdır. Bu tip zəlzələlərdən sonra 5 bal gücünə qədər afterşoklar baş verə bilər".

O, əlavə edib ki, bu böyüklükdə bir zəlzələdən sonra daha güclü yeraltı təkanın olması ehtimalı aşağıdır, lakin diqqətli olmaq və bölgəni müşahidə altında saxlamaq vacibdir.

Hazırda zəlzələ ilə bağlı hər hansı ciddi dağıntı və ya xəsarət xəbəri yoxdur, lakin rəsmi qurumlar vəziyyəti izləməyə davam edir. Vətəndaşlara təmkinli olmaq və rəsmi məlumatları izləmək tövsiyə olunub.

Fidan
Milli.Az