Putin atəşkəs təklif edir - ŞƏRTLƏR

23 Aprel 2025 14:41

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mövcud cəbhə xətti əsasında atəşkəs əldə olunmasına razılıq verməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu təklif Putinin Sankt-Peterburqda baş tutan bir görüş zamanı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa səsləndirdiyi fikirlər zamanı gündəmə gəlib.

Putin Rusiyanın nəzarətində olan dörd Ukrayna vilayəti - Donetsk, Luqansk, Xerson və Zaporojyeyə olan iddialarından imtina edə biləcəyini ifadə edib. Bu isə müşahidəçilərin fikrincə, Rusiya liderinin Ukrayna münaqişəsini dayandırmaq üçün əvvəlki sərt mövqeyindən qismən də olsa geri çəkildiyini göstərə bilər.

Asya
Milli.Az