Bütün İstanbul TƏŞVİŞDƏ - Telefonlar işləmir, insanlar küçələrə axışdı - FOTOlar

23 Aprel 2025 14:44

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ard-arda bir neçə zəlzələ baş verib. 

Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində şəhərin bir çox bölgəsində mobil rabitə şəbəkələrində problemlər yaranıb - vətəndaşlar telefonların işləmədiyini bildirir.

Qısa müddət ərzində insanlar təşviş içində küçələrə axışıblar.

Hələlik hər hansı ciddi dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib, lakin aidiyyəti qurumlar ərazidə yoxlamalara başlayıb.

Hadisə ilə bağlı əlavə məlumat verildikcə xəbər yenilənəcək.

Kənan
Milli.Az