17:38
İstanbulda zəlzələ 13 saniyə davam edib, 51 afterşok qeydə alınıb
16:15
İstanbulda daha bir güclü zəlzələ baş verdi.
15:30
İstanbulda zəlzələdən sonra afterşoklar davam edir. Belə ki, ardıcıl daha 3 zəlzələ qeydə alınıb.
15:15
İstanbulda 5.9 maqnitudalı daha bir zəlzələ baş verdi.
Bu ardıcıl olaraq 7-ci zəlzələdir.
15:05
AFAD: İstanbulda 4,8 bal gücündə bir zəlzələ daha baş verdi.
14:55
Fatihdə 3 mərtəbəli köhnə bina çökdü.
14:41
İstanbulda 4.5 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələdən sonra Türk Telekom, Vodafone, Turkcell operatorları "çöküb".
14:26
TGRT yayım şirkəti bildirir ki, Türkiyədəki bayram günündə baş verən zəlzələ nəticəsində bir nəfər balkondan tullandığı üçün yaralanıb.
14:22
Ərdoğan: Prosesləri izləyirik, millətimizə keçmiş olsun.
14:20
İstanbulda 4,9 bal gücündə dördüncü zəlzələ baş verdi.
14:12
İstanbulda 4,4 bal gücündə növbəti zəlzələ baş verdi.
Professor Doktor Naci Görür zəlzələnin Kumburqaz xəttində baş verdiyini və enerji topladığını ifadə edib. O, insanları diqqətli olmağa və ehtiyatlı davranmağa çağırıb.
14:10
Xəbərə video əlavə olunub.
13:59
İstanbulda güclü zəlzələ qeydə alınıb.
Silivri sahillərində 4 ballıq zəlzələnin ardından İstanbulda 6.2 böyüklüyündə zəlzələ baş verib. Zəlzələ ətraf ərazilərdə də hiss olunub.
--------
13:26
İstanbulda zəlzələ qeydə alınıb.
Milli.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Zəlzələnin hiss olunduğu bildirilir və əhalidə narahatlıq doğurub.
AFAD-ın verdiyi açıqlamaya görə, Silivri bölgəsində, Mərmərə dənizinin sahillərində 3.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin saat 12:13-də baş verdiyi və dərinliyinin 6.99 km olduğu ölçülüb. Kandilli Rəsədxanasının son paylaşımına əsasən, zəlzələnin gücü 4.0 olaraq açıqlanıb. Zəlzələ ətraf ərazilərdə də hiss olunub.
Milli.Az