Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib - VİDEO - FOTO

23 Aprel 2025 12:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Milli.Az