"Ağac başımıza aşır, deyirlər "gözləyin" - Binəqədidə ailə təhlükədə qalıb - FOTOlar

23 Aprel 2025 12:47

Paytaxdakı güclü yağış və küləkdən sonra bir sıra fəsadlar yaranıb.

Milli.Az-a müraciət edən paytaxt sakini Tahir İsgəndərov bildirib ki, real təhlükədə qalıblar.

"Binəqədi rayonu, 22-ci dağlıq küçəsidə yaşayır. Leysan və küləkli havadan sonra həyətimizdəki ağacın kökləri yumşaldı və ağac aşmağa başladı. Qorxudan evə girə bilmirik. Əvvəlcə Fövqəladə Hallar Nazirliyinə müraciət etdik, ordan cavab verildi ki, növbə gözləmək lazımdır. Daha sonra Yaşıllaşdırma idarəsi ilə əlaqə saxladıq, ordan da bizi yönəltdilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, onlarla da əlaqə saxlamaq mümkün olmadı.

Qanun vericiliyin tələblərinə əməl edib özümüz heç bir müdaxilə edə bilmirik, digər tərəfdən isə real təhlükə şəraitində qalmışıq".

Mehman Əsədov
Milli.Az