Əhaliyə XƏBƏRDARLIQ - Saat 10:00-dan...

23 Aprel 2025 09:30

Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az