Kaya Kallas Azərbaycana gələcək

22 Aprel 2025 22:05

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, səfər çərçivəsində Kaya Kallas bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Milli.Az