Türkiyədə ağır qəza: Ölən və yaralananlar var

22 Aprel 2025 21:00

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb.

Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb. 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Milli.Az