Gəncədə məktəblilər arasında insident olub

22 Aprel 2025 16:43

Gəncədə məktəblilər arasında dava olub.

Milli.Az xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub. Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir".

Milli.Az