Almaniyada aparılan araşdırmalar nəticəsində indiyədək məlum olan ən acı maddə müəyyən edilib.
Milli.Az xəbər verir ki, Leybniz Qida Sistemləri Biologiyası İnstitutunun alimləri "Amaropostia stiptica" adlı rəf göbələyindən üç kimyəvi birləşmə təcrid ediblər. Bu birləşmələrin insan dilindəki acı dad reseptorlarına təsiri öyrənilib.
Tədqiqat nəticəsində məlum olub ki, bu birləşmələrdən biri - oliqoporin D - çox az miqdarda istifadə olunsa belə, son dərəcə güclü acı dad yaradır.
Alimlərin sözlərinə görə, bu maddələr zəhərli olmasa da, yalnız ağızda deyil, eyni zamanda mədə, bağırsaq, ürək və ağciyər kimi orqanlarda da yerləşən acı reseptorlarını aktivləşdirə bilər. Lakin bu reseptorların orqanizmin digər hissələrində hansı funksiyaları yerinə yetirdiyi hələ tam müəyyən edilməyib.
Fidan
Milli.Az