Xəbər verdiyimiz kimi, şənbə günü, aprelin 26-da, Vatikanın Müqəddəs Pyotr Bazilikasında Papa Fransiskin dəfn mərasimi keçiriləcək.
Milli.Az xəbər verir ki, mərasimə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, həmçinin krallıq ailələrinin üzvləri qatılacaq.
Təsdiqlənmiş iştirakçılar arasında aşağıdakılar var:
Donald Tramp və həyat yoldaşı Melania Tramp (ABŞ)
Javier Milei (Argentina prezidenti)
Luiz Inácio Lula da Silva və həyat yoldaşı Janja Lula da Silva (Braziliya prezidenti)
Emmanuel Makron (Fransa prezidenti)
Frank-Valter Ştaynmayer (Almaniya prezidenti)
Sergio Mattarella (İtaliya prezidenti) və Giorgia Meloni (İtaliya baş naziri)
Volodimir Zelenski (Ukrayna prezidenti)
Edgars Rinkēvičs (Latviya prezidenti)
Gitanas Nausėda (Litva prezidenti)
Ursula von der Leyen (Avropa Komissiyasının prezidenti)
Rusiya Prezidenti Vladimir Putin Papa Fransiskin dəfn mərasimində iştirak etməyəcək. Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, prezidentin belə bir planı yoxdur.
Putin Papa Fransiskin vəfatı ilə bağlı Vatikan rəsmilərinə başsağlığı mesajı göndərib və onun Rusiya ilə Müqəddəs Taxt arasında dialoqu təşviq etdiyini vurğulayıb.
İslam
Milli.Az