Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqili-bədii proqramı çıxış edəcək

22 Aprel 2025 13:57

29-30 aprel Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqili-bədii proqramı ilə Opera studiyasının səhnəsində çıxış edəcək.

Axşam Hüseyn Cavidin əziz xatirəsinə həsr olunub. Bu tədbirdə musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyi bir araya gələcək. Tədbirdə Eyyub Yaqubov ilə yanaşı ifaçının sənət dostları da iştirak edəcəklər. 

Biletlər https://iticket.az/events/concerts/eyyub-yagubov-yalniz-medeniyyet/150971

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az