Mediasiya Şurasının funksiyaları artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının təkmilləşdirilməsi fəaliyyətinin və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Milli.Az