"Mən "mama uşağıyam", anamın sözündən çıxmıram"

22 Aprel 2025 12:51

Fitnes məşqçisi Kamil Zeynallı sözləri ilə marağa səbəb olub.

Milli.Az xəbər verir ki, idmançı qonaq olduğu efirdə  zarafatından geri qalmayıb.

Aparıcı Elşən Orucovun "şou biznes xanımları ilə münasibətin yaxşıdır" eyhamına özünəməxsus cavab verib:

"Hamısı ilə yaxın deyilik ancaq bir-birimizə hörmətimiz var. Verilişdən verilşə görüşürük xətirlərini istyəyirəm. Belə haradasa çaya yeməyə oturaq məsələsi yoxdur. Anam qoymur. Mən "mama uşağıyam" anamın sözündən çıxmıram". 

Musa
Milli.Az