Yuxuda arvadının xəyanətini gördü, ayılıb öldürdü

22 Aprel 2025 15:00

Kişi gördüyü yuxuya görə həyat yoldaşını qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Özbəkistanın Fərqanə vilayətində baş verib.

Özbəkistanda kişi yuxuda həyat yoldaşının onu aldatdığını görüb, səhər tezdən onu bıçaqlayaraq qətlə yetirib.

Hadisə Marğilan şəhərində baş verib. Kişi saat 4:30 radələrində yuxudan panikaya düşmüş halda oyanıb və yuxuda arvadının ona xəyanət etdiyini gördüyünə inanaraq yatan qadını 13 dəfə bıçaqlayıb.

O, hadisəni törətdikdən sonra bunun yuxu olduğunu anlayıb və təcili tibbi yardım çağırsa da, qadını xilas etmək mümkün olmayıb.

Məhkəmədə cütlüyün üç övladı olduğu və münasibətlərində əvvəldən etimadsızlıq və mübahisələrin yaşandığı məlum olub.

Marğilan Şəhər Cinayət Məhkəməsi kişini qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilərək 16 il həbs cəzasına məhkum edib.

İsmayıl
Milli.Az