Son zamanlarda sosial şəbəkələrdə yayılan "toyuq kişiləri qadınlaşdırır" iddialarına mütəxəssislər reaksiya verib.
Milli.Az xəbər verir ki, onlar bunu qəti şəkildə təkzib edib.
Urologiya, endokrinologiya və qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər bildirirlər ki, bu tip məlumatların heç bir elmi əsası yoxdur. Onların fikrincə, toyuq ətinin istehsalında hormonlardan istifadənin texniki və hüquqi baxımdan mümkünlüyü yoxdur, üstəlik bu, qanunla da tam şəkildə qadağan edilib.
Qida mütəxəssisi Ebru Akdağ vurğulayır ki, həm Türkiyədə, həm də bir çox digər ölkələrdə toyuqlara hormon verilməsi qanuni şəkildə qadağandır və bu barədə indiyə qədər heç bir rəsmi sənəd qeydə alınmayıb. O, əlavə edir ki, bəzi insanlar mal-qara yetişdirilməsində istifadə olunan böyümə hormonlarını toyuq istehsalı ilə qarışdırırlar, halbuki bu preparatların toyuqlara heç bir təsiri yoxdur.
Urologiya mütəxəssisi Cüneyt Adayener də bu məsələyə aydınlıq gətirərək qeyd edir ki, toyuq ətində estrogen hormonu yoxdur və bu səbəbdən kişilərin hormon balansına təsir göstərməsi mümkün deyil. Mütəxəssislər bildirirlər ki, hər növ qida məhsulunda olduğu kimi, toyuq alarkən də keyfiyyətli, etibarlı və nəzarət olunan markalara üstünlük verilməlidir.
Asya
Milli.Az