28 aprel tarixində dünya şöhrətli OneRepublic qrupu ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək. Bakı Kristal Zalında baş tutacaq bu möhtəşəm konsertə artıq cəmi 1 həftə qalıb. Gəlin, görək bu gecədən bizi nələr gözləyir?
OneRepublic konsertlərində həm musiqi də, emosiyalar da zirvədə olur. "Apologize", "Secrets", "Counting Stars", "All the Right Moves", "I Ain't Worried" və digər məşhur trekləri canlı dinləmək fürsəti sizi gözləyir. Qrupun vokalisti və əsas bəstəkarı Ryan Tedderin səhnə enerjisi isə bu gecəyə unudulmaz bir ruh qatacaq.
Konsertin texniki hazırlığı da böyük diqqətlə həyata keçirilir. Təşkilatçılar - iTicket Production və Dream Group International - səhnə dizaynından tutmuş işıq və səs effektlərinə qədər hər detal üzərində çalışır.
Konsertin texniki hazırlığı da böyük diqqətlə həyata keçirilir. Tədbirin ümumi təşkilatçıları - "iTicket Production" və "Dream Group International" şirkətləridir. Səhnə dizaynı, işıq və səs həlləri kimi texniki detallara isə "A+A Events" komandasının peşəkar heyəti cavabdehdir. Hər bir element üzərində incəliklə çalışılır ki, tamaşaçılar həm vizual, həm də səs baxımından mükəmməl bir şou yaşasın.
Qrupun bu il təqdim etdiyi "Artificial Paradise" albomundan da yeni ifalar gözlənilir. Həm nostalji dolu, həm də tam yeni bir musiqi palitrası bu gecədə birləşəcək.
Biletlərin böyük hissəsi artıq satılıb. Son fürsətləri qaçırmamaq üçün iTicket.az saytına və ya şəhər kassalarına müraciət etməyə tələsin. Konsert günü yaxınlaşdıqca yerlər məhdudlaşır.
Bu gecə musiqi ilə dolu, duyğularla zəngin və hər saniyəsi yaddaşda qalacaq bir şou vəd edir.
Milli.Az