"Barselona" vacib oyunlar ərəfəsində ciddi itki ilə üzləşib.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Robert Levandovski sıradan çıxıb.
Hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu zaman ərzində isə o, vacib oyunlarda komandasına komandasına kömək edə bilməyəcək.
Polşalı "Real"la final görüşünü və "İnter"lə Çempionlar Liqası yarımfinalının ilk matçını buraxacaq.
Tural
Milli.Az