Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "VW Passat" markalı diplomatik avtomobil Vilnüs sakininə məxsus avtomobilə çırpılıb.
Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq "VW Polo" markalı maşınla toqquşub.
Onun sürücüsü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər, lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib.
Şahidlərin sözlərinə görə, diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub.
Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1.4 promille spirt çıxdığı qeyd edilib.
Litva qanunlarına görə, qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur.
Bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib.
Qeyd edilib ki, o, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb.
Şəhər polisi bildirib ki, hələ də "VW Passat"ı kimin idarə etdiyini müəyyənləşdirə bilməyib.
Milli.Az