Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR

21 Aprel 2025 22:25

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika və informatika fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə əmr imzalayıb.

Milli.Az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təkmilləşdirilib. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub. 

Qeyd edək ki, təsdiq edilən təhsil proqramları (kurikulumlar) əsasında yeni dərslik komplektləri hazırlanacaq. (Modern.az)

Milli.Az