"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorunduğu təqdirdə nüvə sazişi bağlamağa hazırdır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Əgər onlar bizimlə bərabər şərtlərlə saziş bağlamaq istəməsələr, öz yolumuzla davam edəcəyik", - deyə Pezeşkianın bildirib.
ABŞ ilə ikinci tur danışıqlardan sonra o, İranın Ali lideri Əli Xameneinin mövqeyini təkrarlayaraq, Tehranın danışıqlara bədbin yanaşdığını və nikbinlik bəsləmədiyini bildirib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və İran arasında danışıqlar çox yaxşı gedir, lakin nəticənin necə olacağını anlamaq üçün vaxt lazımdır.
Milli.Az