Bakıda qaydaları pozan sürücünün hərəkətləri anbaan kameraya düşüb.
Milli.Az xəbər verir ki, bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-a şikayət ünvanlayıb.
O bildirib ki, aprelin 20-də, paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yanında təlim keçən zaman qaydaları pozan sürücüyə irad bildirib və bundan sonra ona qarşı nalayiq hərəkətlər baş verib.
"77-XU-015 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozduğu üçün ona normal şəkildə irad bildirdim. O, "pulum var, cəriməsini ödəyəcəm" deyərək özünə haqq qazandırmağa başladı. Bundan sonra mən tələbə ilə dərsə davam etdim. Geriyə hərəkət manevrini öyrədən zaman həmin sürücü maşından düşərək mənim avtomobilimə təpik atdı və mənim ünvanıma nalayiq söyüş söydü. Bundan əsəbiləşərək avtomobildən düşdüm və həmin sürücüyə yenidən irad bildirdim. Bu zaman o, avtomobilinə əyləşərək yüksək sürətlə həmin ərazidən uzaqlaşdı" - deyə Arzu Babazadə bildirib.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az