ABŞ-nin Florida ştatında təyyarə havaya qalxmazdan bir neçə dəqiqə əvvəl alovlanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Delta Air Lines şirkətinə məxsus təyyarə bazar ertəsi günü mərkəzi Florida hava limanında uçuşdan əvvəl alovlanıb.
Delta tərəfindən yayımlanan açıqlamada, Orlando Beynəlxalq Hava Limanında baş verən yanğın zamanı heç bir xəsarət alanın olmadığı bildirilib.
Təyyarə Orlando-Atlanta uçuşu üçün rampa üzərində olarkən, mühərrik hissəsində alovlanma baş verib.
Sərnişinlər dərhal təxliyə edilib, hava limanının xilasetmə və yanğınsöndürmə komandası hadisəyə müdaxilə edib.
Delta-nın açıqlamasına görə, Airbus A330 tipli təyyarədə 282 sərnişin, 10 borta bələdçi və 2 pilot olub.
"Delta-nın uçuş heyəti, təyyarənin iki mühərrikindən birinin egzoz borusunda alov müşahidə olunduqda, təxliyə prosedurlarını dərhal işə salıb və sərnişin kabinəsi təxliyə edilib," - deyə Delta bəyanatında bildirib.
Şirkət əlavə edib ki, texniki komanda təyyarəni yoxlayaraq yanğının səbəbini müəyyən etməyə çalışacaq.
Lalə Qüdrətova
Milli.Az