Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu

21 Aprel 2025 18:50

Səbail rayonunda yerləşən marketlərin birindən oğurluq edilib.

Milli.Az xəbər verir ki, polisə müraciət edən şəxs marketdən 1480 manat dəyərində spirtli içkinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı A.Heydərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az