Azərbaycan çempionu vəfat etdi - FOTO

21 Aprel 2025 18:17

Şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi, qadınlar arasında Azərbaycan çempionu və FİDE hakimi Təranə Səidova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Təranə Səidova 55 yaşında dünyasını dəyişib.

Milli.Az