Taksi sürücüsü itkin düşən dayıqızı-bibiqızını evində gizlədibmiş - Yenilənib - FOTO

26 Aprel 2025 21:45

21:45

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

------------
20:53

Maştağada itkin düşən qızlar tapılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. 

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

---------------
2025.04.21

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə metbuat.az-a onların valideynləri məlumat verib.

Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı - bibi qızı olublar.

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Milli.Az