Yanğından zərərçəkən: "Həyatım orada qaldı"

21 Aprel 2025 16:58

Bakı şəhəri Nizami küçəsində yerləşən anbarda baş verən yanğın nəticəsində ciddi maddi zərər meydana gəlib.

Milli.Az xəbər verir ki, yanğının səbəbi olaraq qonşu mağazalardan birindəki qısaqapanma göstərilir. Anbarın içində qida məhsulları, bitki yağları, kompüterlər və digər avadanlıqların olduğu bildirilir.

Yanğından zərərçəkən sahibkar Elis Abbasova jurnalistlərə açıqlamasında sadəcə şokda olduğunu deyib:

"İçəridən heç nə çıxara bilmədik. Mənim bütün həyatım orada qalıb, dayanıb," - deyə yaşadığı itkini təsvir edib.

Bu faciəvi hadisə sahibkarların illərlə topladığı işinin məhv olmasına səbəb olub.

Asya
Milli.Az