Blokda yayılan qoxu dəhşətli cinayəti ortaya çıxardı - 10 gün sonra... - FOTO

22 Aprel 2025 08:37

Kastamonunun İnönü məhəlləsində yerləşən bir binada yayılan pis qoxudan sonra cinayət faktı üzə çıxıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Arnavut küçəsindəki mənzildən gələn iyə görə 112 Təcili Yardım Xidmətinə edilən zəng nəticəsində hadisə yerinə polis və yanğınsöndürən qruplar cəlb olunub. Onların mənzilə daxil olmasından sonra 28 yaşlı hamilə qadının meyiti tapılıb.

Araşdırmalar nəticəsində meyitin Elif Civilə məxsus olduğu müəyyənləşib. Onun bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb. Məhkəmə-tibbi ekspertiza qadının təxminən 10 gün əvvəl öldürüldüyünü təsdiqləyib.

Hadisə yerində istintaq qrupları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. İlkin ehtimallara görə, gənc qadın vəhşicəsinə qətlə yetirilib. Cinayətin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Hadisə ilə bağlı istintaq davam edir.

Fidan
Milli.Az