Türkiyənin tanınmış sənətçisi Işın Karaca ötən gecə Girnədə verdiyi konsertdə yeni görünüşü ilə sevənlərini heyrətləndirib.
Milli.Az xəbər verir ki, 6 ay ərzində 25 kilo arıqlayan müğənni pəhriz və həyat tərzində etdiyi dəyişikliklərdən danışıb.
Səhnəyə zərif və enerjili görünüşü ilə çıxan Karaca özünü daha yaxşı hiss etdiyini bildirib:
"Mənim ən böyük sirrim yemək yeməməkdir. Yemədiyim zaman belə olur. Özümü çox yaxşı hiss edirəm və əhvalım yaxşıdır. Sağlamlıq hər şeydən önəmlidir," - deyə o, səhnədən söyləyib.
Karaca uzun illər çəkisi ilə bağlı yaşadığı dəyişikliklərə də toxunaraq, bu sahədəki təcrübəsini bölüşüb:
"Bu ölkədə Sibel Canla birlikdə ən çox çəkisi dəyişən qadın mənəm. Nəhayət başa düşdüm ki, bu, özünü tanımaq və nəzarətdə saxlamaqdır".
Müğənni pəhrizini isə mütəxəssis nəzarətində etdiyini və bəzi əlavələr qəbul etdiyini də əlavə edib.
Fidan
Milli.Az