İlan kimi sancırlar - Pislik etməyə meyilli olan BÜRCLƏR

21 Aprel 2025 16:08

Bəzi insanlar səbirli, anlayışlı və yumşaq xarakterli olur. Bəzilərinin isə"qaranlıq tərəfi" daha aktiv olur. Astrologiyaya görə, bürclər insanın xarakterinə bir qədər də olsa işıq salır. Xüsusilə də kin saxlayan, intiqamçı və məkrli planlara meyilli olanlar üçün bəzi bürclər ön plana çıxır.

Milli.Az xəbər verir ki, həmin bürclər qəsdən zərər verməyə çalışmasalar da, müəyyən hallarda tərs davranışları ilə diqqət çəkə bilirlər.

Əqrəb
Əqrəb bürcü sakit görünə bilər, amma o, sakitliyi ilə səni analiz edir. Bir dəfə xəta etsən, unudacağını düşünmə. Əqrəbin qisası soyuq gəlir və tam zərbə anını səbrlə gözləyər. Hiss etdirmədən, amma tam yerindən vurur.

Oğlaq 

Oğlaq çox rasional görünür, amma haqsızlığa uğradığını hiss etsə, duyğusallıqdan çox, ağılla cavab verir. Onun intiqamı "qəzəblə" deyil, hesabla gəlir. Həm də elə bir anda ki, sən artıq heç nə gözləmirsən.

Qız

Qız bürcü birbaşa pislik etməyə bilər, amma sözlə sancmaqda və detallarda boğmaqda üzərinə yoxdur. Hər səhvini sənə bir-bir sayar, sən artıq özünü pis hiss edərkən o hələ davam edir...

Xərçəng

Həssas və emosional görünən Xərçəng bürcü çox dərin hisslərə sahibdir. Əgər incidilərsə, bunu heç vaxt unutmaz. Onlar incikliyi içinə çəkib, səni günlərlə susaraq cəzalandıra bilər. Bu passiv aqressiya bəzən çox daha ağır gəlir.

Qoç

Qoç bir anda alışa, bir anda yandıra bilər. Qəzəbi ani olsa da, səssizcə çıxmaq əvəzinə partlayar. Nəzakət gözləməyin - ürəyində nə varsa, deyəcək və sarsıdacaq.

Fidan
Milli.Az