Yeni rəng kəşf olundu - Hamı görə bilmir - FOTO

21 Aprel 2025 15:00

Yeni rəng kəşf olunub.

Milli.Az xəbər verir ki, ABŞ-də aparılan araşdırmada yalnızca beş nəfərin görə bildiyi "olo" adlı yeni rəngin kəşf edilib.

Bu rəng mavi-yaşıl tonlarındadadır. Təbii işıqla görülməsi mümkün deyil. Yalnız xüsusi bir vizual təcrübə vasitəsilə fərq edilə bilir.

( Alimlər deyiblər ki, bu ton "olo"ya ən yaxın olan rəngdir, amma "olo" bundan çox daha doymuş və güclü görünür )

Kaliforniya Universitetində alimlər lazer işığı ilə insanların gözündə xüsusi bir nöqtəni stimullaşdıraraq bu əvvəllər görünməmiş rəngi göstəriblər. Bu üsula "Oz Görmə Sistemi" adı verilib. Bu ad "Oz sehrbazı" nağılındakı yaşıl eynək taxan insanlara işarədir. Təcrübədə yalnız bir növ göz hüceyrəsi - M konisi - aktivləşdirilib və bu zaman beyinə fərqli bir siqnal göndərilib.

Professor Ren Nq deyib ki, bu rəngi görmək sanki illərlə açıq çəhrayıdan başqa rəng görməyən bir insanın bir anda qırmızı ilə qarşılaşmasına bənzəyir.

"Olo" adının mənası isə yalnız M konisinin aktiv olduğunu göstərən "010" koduna əsaslanır. İştirakçılar gördükləri rəngi izah etmək üçün rəng dairəsindən istifadə ediblər və bu rəngin təbii rənglər arasında olmadığını sübut ediblər. Onlar deyirlər ki, bu rəngi təkcə ağ işıqla birlikdə göstərmək mümkündür.

Ancaq bəzi mütəxəssislər bu kəşfi qəbul etmir. İngiltərəli professor bu rəngin yeni olmadığını, sadəcə daha güclü bir yaşıl tonu olduğunu deyib. Alimlər gələcəkdə bu texnologiyanın rəng korluğu olan insanlara və ya ekran texnologiyalarına kömək edə biləcəyini desələr də, bu texnika hələ ki, çox bahalı və mürəkkəbdir. Ona görə də yaxın vaxtlarda telefon və televizorlarda istifadə olunmayacaq.

İslam
Milli.Az