"Fənərbağça"nın keçmiş ulduzu idi - İndi kassir işləyir - FOTO

21 Aprel 2025 21:49

Bir vaxtlar "Fənərbağça"nın gənclər komandasında oynayan hücumçu Əhməd Yiğit Gül indi məşhur idman mağazasında kassir kimi çalışır.

Milli.Az xəbər verir ki, onun yeni görüntüləri sosial şəbəkələrdə gündəm olub.

2001-ci il təvəllüdlü Gül 2018-ci ildə "Fənərbağça"da gözlənilən qədər şans qazana bilmədiyi üçün "İstanbulspor"un gənclər akademiyasına keçib. Ardınca onun futbol karyerası alt liqa komandalarında davam edib: Koroğluspor, Ahmetli Bələdiyyəsi, Güroymakspor, Əskişəhər Dəmirspor, Modafen.

Əhməd Yiğit Gül sonuncu dəfə 13 mart 2025-ci ildə "Kızılpınar Spor" ilə müqavilə bağlasa da, futbol karyerası istədiyi kimi irəliləməyib.

Hazırda idman geyimləri mağazasında kassir kimi çalışır.

Fidan 
Milli.Az