Musiqi müəlliməsi başçı müavini təyin edildi - FOTO

21 Aprel 2025 13:23

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Milli.Az banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki vakantdır.

Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

O, 2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.

Milli.Az