19 yaşlı “Instagram” fenomeni protez qolu ilə qeyri-adi bacarıqlar nümayiş etdirir

21 Aprel 2025 13:20

İngiltərədə yaşayan 19 yaşlı "Instagram" fenomeni Tilli Loki təxminən on ildir ki, robot protezlər üzərində çalışan "Open Bionics" şirkəti ilə əməkdaşlıq edir. Hazırda o, bu şirkətin ən son texnologiya ilə hazırladığı bioprotez qol modelindən istifadə edir.

Milli.Az xəbər verir ki,o, yeni qolun sürətli, güclü və yüksək həssaslığa malik olduğunu vurğulayıb: "O qədər güclüdür ki, mən belə gücə alışmamışam", - deyə o bildirib.

Uşaqlıqda meningit xəstəliyinə yoluxduqdan sonra hər iki əlini itirən Tilli Lokinin "Open Bionics" ilə tanışlığı, onun ilk dəfə "Hero Arm" adlı bioprotez qollarını taxması ilə başlayıb. Bu cihazlar ikiəlli amputasiya olunmuş insanlar üçün əvvəllər mümkün olmayan imkanları reallaşdırıb.

Hazırda istifadə etdiyi "Hero PRO" adlı inkişaf etmiş prototiplər Tilliyə daha çox güc və manevr imkanları verir. O, bu protezi naqilsiz sensorlar vasitəsilə uzaqdan idarə edə bilir.

Yeni "Hero PRO" modeli naqilsiz əlaqə təkmilləşdirilmiş bilək hərəkətləri və daha incə motor bacarıqları ilə təchiz olunub. Bununla yanaşı, "Hero RGD" adlı digər gücləndirilmiş versiya isə daha çətin və sərt mühitlərdə də etibarlı şəkildə işləmək üçün nəzərdə tutulub, xüsusilə də davamlılıq və dəqiqlik tələb edən vəziyyətlərdə.

Asya
Milli.Az