Hüseyn Əliyev vəzifəsindən azad edildi

21 Aprel 2025 10:32

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya etibarlı mənbədən məlumat verilib.

Qeyd edək ki, H.Əliyev bundan öncə Vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.

Milli.Az