Məşhur ayaqqabı şirkəti cərimələndi - Donuz dərisindən hazırlanırmış

21 Aprel 2025 13:30

"New Balance" ayaqqabı şirkəti cərimələnib.

Milli.Az xəbər verir ki, buna səbəb ayaqqabıların donuz dərisindən hazırlanmasıdır.

Türkiyənin Ticarət Nazirliyi "New Balance" şirkətinə bəzi ayaqqabılarında donuz dərisindən istifadə olunduğu halda bunu bildirmədiyinə görə 1 milyon 730 min lirə cərimə tətbiq edilib.

Araşdırmalar göstərib ki, şirkətin Türkiyədə satdığı "W990GL6", "M2002RST", "U9060BLK" və "U991LG2" modellərinin təsvirində yalnız "süet", "file" və ya "sintetik" kimi ifadələr yazılıb. Amma həmin məhsulların xarici saytlarında bu ayaqqabıların "donuz dərisi süet" olduğu açıq şəkildə göstərilib.

Reklam Şurası bildirib ki, insanların aldanmaması və dini baxımdan həssaslıq doğuran məsələlərin gizlədilməməsi vacibdir. Şirkətə əvvəllər də bu səbəbdən xəbərdarlıq edilib. İndi isə həm cərimə olunub, həm də bu reklamların dayandırılmasına qərar verilib.

Qeyd edək ki, "Adidas" da oxşar səbəbdən cərimələnmişdi. Onun "Samba OG" modeli də donuz dərisindən hazırlanıb, amma bu barədə açıqlama verilməmişdi.

İsmayıl
Milli.Az