Azərbaycanda zəlzələ oldu

21 Aprel 2025 08:57

Şəki rayonunda zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata əsasən, Şəki stansiyasından 6 km şərqdə, Şəki rayonunda 4.0 maqnitudalı zəlzələ qeydə alınıb.

Yerli vaxtla 04:31-də qeydə alınan yeraltı təkan 17 km dərinlikdə baş verib.

Milli.Az