Bakıda şadlıq evində kütləvi dava

20 Aprel 2025 23:39

Bakı şəhəri Sabuçu rayonu Bakıxanov qəsəbəsində baş tutan toy məclisində dava düşüb.

Milli.Az bakuplus-a istinadla xəbər verir ki, "Həyat" şadlıq sarayında keçirilən toy məclisində kütləvi dava baş verib.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və bir neçə nəfərin saxlanıldığı bildirilir.

Eyni zamanda dava zamanı yaralananların da olduğu qeyd olunub.

Milli.Az