Hava yenidən pisləşir: Daşqın və sel...

20 Aprel 2025 13:00

Ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 20-22-də əsasən gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Şərq küləyi aprelin 20-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, əsasən dağ çaylarından, xüsusən də, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Milli.Az