Braziliyada daşqınlar səbəbindən 37 mindən çox ev işıqsız qalıb

20 Aprel 2025 12:47

Braziliyanın San-Paulu ştatında leysan yağışlar güclü daşqınlara səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Braziliyanın "G1" portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, daşqınlar nəticəsində 37,7 min daşınmaz əmlak obyektı işıqsız qalıb.

Diadema şəhərində 24 gün ərzində gözlənilən yağıntının cəmi iki saata düşdüyü qeyd edilib.

Milli.Az