Xəbər verdiyimiz kimi, Bakıda toyda kütləvi zəhərlənmə baş verib.
Milli.Az-ın məlumatına görə, məclisdə 51 nəfər zəhərlənib.
Zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.
Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.
Toyda olan qonaqlardan biri Milli.Az-a açıqlamasında bildirib ki, zəhərlənənlər paytaxt salatından yeyən şəxslər olub.
"Dünən restorana 6-7 təcili yardım gəlmişdi. Toyda 500-dən çox qonaq olub, 200-ə yaxın adamın halı pisləşib. Musiqiçilərdən də zəhərlənən var idi".
Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Milli.Az