Bakıda zəncirvari qəza - xəsarət alanlar var

20 Aprel 2025 00:08

Paytaxtın Atatürk prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, ilkin məlumatlara görə, qəzanın səbəbi "Hyundai" markalı avtomobilin sürət həddini aşması olub.

Qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az