Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - yenilənib - VİDEO

19 Aprel 2025 23:21

23:21

Sumqayıtda yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib.

Milli.Az-ın xəbərinə görə, alovun qarşısı operativ şəkildə məhdudlaşdırılıb və ətrafdakı obyektlərə, digər ticarət mərkəzlərinə ziyan dəyməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmayıb. Yanğının səbəbləri araşdırılır.

FHN-dən verilən məlumata görə, yanğın söndürülüb.

----------
23:14

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

-------------

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib. 

Milli.Az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.
 

Milli.Az