Bu marşrut xəttinin hərəkət sxemi dəyişir

19 Aprel 2025 20:44

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində - Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək - nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, müvəqqəti olaraq 10 nömrəli avtobus Mərkəzi Bulvar küçəsi ilə hərəkət edəcək.

 

Milli.Az