Tiktokerlər Nuh və "Xan"dan xəbər var

19 Aprel 2025 19:38

Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və digər tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, hər iki tiktokerin həbs müddəti Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 2 ay daha uzadılıb.

Qeyd edək ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə 2023-cü ilin dekabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunub. Bu maddə satışı məqsədilə olmayan külli miqdarda qanunsuz narkotik vasitələrin və ya psixotrop maddələrin saxlanılması və ya daşınmasını əhatə edir. Ə.Əlizadə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Eyni ittihamla saxlanılan digər tiktoker Nuh Məmmədzadə də 4 ay müddətinə həbs edilmişdi. Onun da həbs müddəti 2 ay uzadılıb.

Hər iki tiktokerin gələcək taleyi barədə məhkəmənin yekun qərarı gözlənilir.
 

Milli.Az