Messi ən perspektivli 10 futbolçunu seçdi

19 Aprel 2025 19:23

"İnter Mayami" komandasının argentinalı hücumçusu Lionel Messi ən perspektivli 10 futbolçunu seçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Messi aşağıdakı futbolçuları müəyyən edib:

"Barselona"nın vingeri Lamin Yamal, "Yuventus"un futbolçusu Kenan Yıldız, "Filadelfiya"nın vunderkindi Kavan Sallivan, ABŞ-nin qadınlardan ibarət milli komandasının oyunçusu Ceyden Şou, "Leypsiq"in yarımmüdafiəçisi Antonio Nusa, "Nottingem Forest"in hücumçusu Joel Ndala, "Barselona"nın qadınlardan ibarət komandasının futbolçusu Viki Lopes, "Leypsiq"in istedadı Assan Uedraoqo və "Monako"nun oyunçusu Eliss Ben-Seqir.

Qeyd edək ki, L.Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.

Milli.Az