Daha bir təyyarə qəzası - Ölənlər var

19 Aprel 2025 15:15

ABŞ-ın Nebraska ştatında kiçik mühərrikli təyyarənin çaya düşməsi nəticəsində 3 nəfər ölüb.

Milli.Az-ın xəbərinə görə, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Həlak olanların şəxsiyyəti hələlik açıqlanmır.

Ölkənin Mülki Aviasiya İdarəsi və Nəqliyyatd Təhlükəsizliyə Nəzarət Şurası faktla bağlı araşdırma aparır. /APA

Milli.Az